Əlaqə Arxiv
news Image
2015.07.24
12:30
| A A A
"Nyu-Yorka turist kimi gəlməmişəm"

"New York City"nin yeni transferi Andrea Pirlo təəssüratlrını bölüşüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, italyan oyunçu hələ qocalmadığını bildirib.

"Ətrafda hər şey yenidir. Bu, qeyri-adi hissdir. Özümü yaxşı hiss edirəm. Sadəcə tempi tutmaq lazımdır. Düünürəm ki, futbol və pullar başqa amillərdir. Hər zaman idman naminə oynamışam. Nyu-Yorka turist kimi gəzməyə yox, futbol oynamağa gəlmişəm. MLS-in inkişafına kömək etmək istəyirəm. Özümü yaşlı hesab etmirəm. Əvvəlki həvəs itməyib. Yeni bir şeyə başlayanda entuziazm dəyişmir. Qoy yaş amilini qabardan insanlar biraz da bu haqda danışsınlar. MLS-ə keçməyin düzgün qərar olduğuna Antonio Konte də razılaşdı. Mən də onun burada həmişə yeri olduğunu dedim. O, istirahətə çıxıb burda oyunumu izləyə bilər".

Qeyd edək ki,Pirlonun ""New York City"dəki maaşı 5-6 millyon dollar olacaq.

Sizin Reklam Yeriniz