2014-cü il iyul ayının 25-də fəaliyyətə başlayan "Goal.az" idmanın bütün növlərinə aid xəbərlər hazırlamaqla bu 1 il müddət ərzində daim oxucuların diqqət mərkəzində olmağa çalışıb və bu yöndə fəaliyyətini davam etdirməkdədir.
"Goal MMC"-nin təsisçisi və direktoru Seymur Səfərli saytın bir illik fəaliyəti və görüləcək işlər barədə fikirlərini bölüşdü:
"Goal" idman həvəskarları üçün daim yeniliklər etməyə çalışır. Bizim əsas hədəfimiz idman sahəsində ölkənin 1 nömrəli və vazkeçilməz informasiya vasitəsi olmaqdır. "Goal"-ın əsas məqsədi insanlarımzın idmana olan marağını artırmaqdır. Çünki idman sağlamlıq deməkdir və necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. "Goal"-ın rəhbəri olaraq, ilk günlərdən həvəslə çalışan və daim genişlənməkdə olan kollektivimizi təbrik edirəm. Nə qədər ki, "Goal" layihəsi davam edir, istifadəçilər daim yenilik və fərqlilik görəcəklər. "Goal.az" 1 yaşın mübarək!"
Bu gün həm də Seymur Səfərlinin də doğum günüdür. Seymur bəyin 28 yaşı tamam olur. Goal.az ailəsi adından da Seymur Səfərlini təbrik edir, ona "Goal"-la birlikdə uğurlar və başarılı karyera arzulayırıq.