Əlaqə Arxiv
news Image
2015.08.18
17:50
| A A A
Bakı Olimpiya Stadionu ilin ən yaxşı layihəsi elan olunub

İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik "Engineering News Record" jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionu bu baxımdan seçilib.

Belə ki, bu ilin martında Bakı-2015 I Avropa Oyunları ərəfəsində istifadəyə verilən Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub. Layihə müsabiqəyə "Thornton Tomasetti" şirkəti tərəfindən təqdim edilib.

ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini artıq üçüncü dəfədi keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınır.


Sizin Reklam Yeriniz