Avropa böhranının Azərbaycana təsiri yenidən mübahisəyə səbəb oldu
Samir Əliyev: “Azərbaycna Avropa bazarına investisiya qoymaqda ehtiyatlı olmalıdır”
Ruslan Atakişiyev: “İndiki böhran şəraitində Avropaya investisiyaların qoyulması yaxşı olardı” Avrozonada sürən maliyyə böhranı artıq 5 – ci ilinə qədəm qoyub.
Düzdür, bu illər ərzində böhrandan qurtulmaq üçün müxtəlif xilas
paketləri həyata keçirilib. Amma hazırda başda Yunanıstan olmaqla,
digər böhran yaşayan Avropa ölkələrinin vəziyyətini yaxşı
qiymtləndirmək olmaz. Hətta bəzi iqtisadçılar mövcud böhranın
dərinləşəcəyi və illəri əhatə edəcəyini vurğulayırlar. Bu fonada
isə Azərbaycanın Avropaya sərmayə yatrması, xüsusi ilə burada
daşınmaz əmlak almasına münasibət birmənalı deyil. Üstəlik, bu cür
investisiya yatırımları hələ də davam etməkdədir. Ekspertlərin
məsələyə münasibəti fərqlidir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Avropadakı böhran yaxın 5- 6 ildə davam edəcək: "Yaxın 10 ildə isə böhranın təsirlərini görəcəyik. Amma qorxulusu odur ki, böhran digər ölkələrə də yayılmaqdadır. Düzdür, Avropa büdcə xərclərini azalmaq, vergiləri artırmaq və s. kimi müəyyən addımlar atır. Amma bu gün Avropaya investisiya yatırmaq çox risklidir. Çünki, böhran nəticəsində qiymətlər düşür. Qiymətlərin nə vaxt bərpa olunacağı isə hələlik qeyri – müəyyəndir. Görürük ki, bu böhran özünün ardınca qızılın qiymətini də salıb. Halbuki, hamı bu vaxta qədər qızılı ən etibarlı aktiv hesab edirdi. Ona görə də bugünkü dövrdə Azərbaycna Avropa bazarına investisiya qoymaqda ehtiyatlı olmalıdır. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bankların təxminən yarısı Avropa kapitallıdır. Azərbaycanın Avropa bazarına girməsi o baxımdan faydalı olardı ki, qiymətlərin ucuzlaşması və ucuz alınmış hər hansı əmlakın gələcəkdə fayda verməsi baxımından əlverişli olsun. Amma bu gün bir qədər gözləmək lazımdır. Çünki, hazırda proseslərin hansı istiqamətdə gedəcəyindən tam əminlik yoxdur. Bunu elə ucuzlaşan qızılın timsalında görürük. Ümumiyyətlə, qiymətin düşən anında həmin əmlakın alınması məqsədəuyğun deyil. Gözləmə mövqeyi tutmaq lazımdır ki, bu düşmə sabitləşsin. Ondan sonra qərar qəbul etmək olar".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə əks fikirdərir: "Bu gün Avropada hansısa əmlakın əldə olunması ucuz başa gəlir. Bu baxımdan da belə layihələr mühüm əhəmiyyət kəsb edir. Amma hazırda Avropa Birliyində böhranın aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır. Xüsusən də hansısa ölkənin böhran yaranan bankında onu vəziyyətdən çıxarmaqla bağlı Avropa Mərkəzi Bankı müvafiq siyasət həyata keçirir. O cümlədən, Avropa İttifaqına üzv olan ölkələrin özlərinin siyasi elitası Avropa Birliyini möhkəmlənməsini və onun gələcəkdə yaşamasını dəstəkləməkdədirlər. Odur ki, Avropa Birliyinin yaşaması ilə bağlı olan bu istək böhranın da aradan qaldırılması istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsində iradəni ortaya qoyur. Ona görə də Avropada böhranın aradan qalxması sürətlənəcək. Ümumiyyətlə, böhranlı vəziyyət tsikli iqtisadi prosedir. O, böhran, durğunluq, canlanma və yüksəliş mərhələlərini özündə ehtiva edir. Canlanma dövründə invensitiyaların yatırılması sonrakı yüksəliş mərhələsində daha çox gəlirlərin əldə olunmsına şərait yaradır. Ona görə də indiki böhran şəraitində Avropaya investisiyaların qoyulması, xüsusi ilə də özəl sektorun iştirakı yaxşı olardı. Çünki, Avropa Birliyində böhrandan yaranan ucuzluğa görə, hansısa əmlaka sahib oluma və ya investisiya yatırımı əhəmiyyət kəsb edir".