Əlaqə Arxiv
news Image
2013.05.06
17:13
| A A A
Nağd pullar tədricən dövriyyədən çıxacaq
Rəşad Həsənov: «Nağdsız ödənişlərin bütövlükdə və ya qismən vergidən azad edilməsi bu sahədə ciddi irəliləyişlərə səbəb ola bilər» Vüqar Bayramov: «Eyni zamanda nağdlı ödənişlərə inzibati limitlərin tətbiq olunması da lazımdır»

Məlumat verildiyi kimi Azərbaycan Vergilər Nazirliyi ölkədə nağdsız ödəmələrin stimullaşdırılması üçün müvafiq təkliflərini Prezident Administrasiyasına təqdim edib. Vergilər naziri Fazil Məmmədov qeyd edib ki, stimullaşdırıcı təkliflər çoxsaylı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: "Bu tədbirlər arasında nağdsız ödənişlər zamanı ƏDV-nin tam ləğvi məsələsi də var. Təkliflərin 90%-i nağdsız ödənişlərin stimullaşdırılmasına və yalnız 10%-i nağd ödəmələrin məhdudlaşdırılmasına aiddir. Təkliflər sırasında şəxsi hesabdan nağd vəsait çıxarılması üçün məhdudiyyətlər də var. Hazırda bu təkliflər müzakirə edilir".

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov nağdsız ödənişlərin əlavə dəyər vergisindən azad edilməsinin bu sahəyə hansı təsir göstərəcəyi barədə  barədə Mövqe.az-a açıqlaamsında qeyd edib: "Nağdsız ödənişlərin bütövlükdə və ya qismən vergidən azad edilməsi bu sahədə ciddi irəliləyişlərə səbəb ola bilər. Hazırki şəraitdə bu addımın atılması iqtisadi baxımdan mümkündür. Azərbaycanda nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi, bu sahəyə yönələn vergi güzəştlərinin tətbiq edilməsi nəticədə real sektorun büdcədəki vergi apyının artırılmasına səbəb ola bilər. 

Digər tərəfdən bu hal sahibkarlarin nağd ödənişlərə üstünlük verməsinə səbəb olmayacaq. Daha bir təklif odur ki, vergi bəyannamələri ikili olaraq tərtib edilsin. Bu zaman nağd və nağdsız dövriyələr ayrı-ayrılıqda göstərilə bilər ki, onların fərqli dərəcələrdən vergiyə cəlb edilməsi daha asan olar. Lakin, vergi güzəştləri ilə yanaşı, vətəndaşların da nağdsız ödnişlərə marağını təmin etmək lazımdır. Bu məqsədlə nağdsız ödəmə məbləğinin bir neçə faizi sonda bonus olaraq yenidən vətəndaşa qaytarıla bilər ki, bu da əhalidə daha cox maraq yaradar.

Nəticədə isə müəyyən zaman kəsiyində nağdsız ödəmə mədəniyəti təşəkkül tapmış olacaq. Ümumilikdə isə elektron ticarət və nağdsız ödənişlər həm zamanın tələbi olaraq, həm də iqtisadiyatın leqallaşdırılması baxımından həlli vacib olan məsələlərdəndir".

İqtisadçı ekspert Vüqar Bayramov da Mövqe.az-a açıqlamasında maraqlı nüanslara toxunub: "Nağdsız elektron ödənişlərin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı biz Azərbaycan hökümətinə təklif irəli sürmüşdük. Bu zaman başqa ölkələrin təcrübəsi də nəzərə alınmışdı. Bizim təkliflər elektron ticarətin əlavə gəlir vergisindən  azad edilməsi ilə əlaqədar idi. Biz nağdsız ödənişlərin  əlavə gəlir vergisindən  azad edilməsini tətbiq etmirik. Burada əsas məqam ondan ibarətdir ki, nağdsız ödənişlər əlavə dəyər vergisinə cəlb olunur. Vətəndaş hər hansı bir məhsulu alan zaman nağdsız ödənişi plastik kartla reallaşdırırsa, o zaman o vergi ödəyir. Əgər vətəndaş internet vasitəsilə plastik kartdan ödəniş edirsə, o zaman həmin ödəniş əlavə dəyər vergisindən azad edilir. Oxşar praktika ABŞ-da tətbiq edilib. İnternet üzərində ödənişlər edən zaman, həmçinin həmin şirkət yalnız internet şirkətidirsə bu zaman həmin ödənişlər birmənalı şəkildə dəyər və satış vergisindən azad edilir. Bu addım elektron ticarətin inkişafını  stimullaşdırır. Nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı elektron ticarətin birmənalı şəkildə əlavə dəyər vergisindən azad edilməsi məqsədəduyğundur. Bu, həm elektron ticarəti, həm də ki, plastik kartlardan istifadəni artıracaqdır. Nağdsız elektron ödənişlərin əlavə dəyər vergisindən azad edilməsindən əlavə, biz təklif edirik ki, bu sahədə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilsin. Bu sahədə Türkiyə respublikasının təcrübəsindən də yararlana bilərik. Belə ki, plastik kartlarla edilən ödənişlərin bir qismi sonradan vətəndaşın şəxsi hesabına qaytarıla bilər. Vətəndaş ay ərzində plastik kartla 1000AZN-lik ödəniş edibsə, həmin ödənşin 3%-i (yəni 30 manat) onun öz hesabına əlavə olunur. Belə üsullar nağdsız ödənişlərin stimullaşmasına səbəb olur. Belə kampaniyaların ölkəmizdə tətbiqi məqsədə uyğundur. Çünki bu Azərbaycanda vətəndaşların plastik kartlardan istifadə etməsinə stimul yaradır. Eyni zamanda nağdlı ödənişlərə inzibati limitlərin tətbiq olunması da lazımdır. Bir sıra ölkələrdə 1000AZN-dən artıq ödənişlər nağdlı deyil, məhz nağdsız şəkildə formalaşdırılır. Bu baxımdan əlavə dəyər vergisindən azad edilmə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına stimul yaradacaq".



Sizin Reklam Yeriniz