Əlaqə Arxiv
news Image
2013.05.10
12:10
| A A A
İdxal-ixrac əməliyyatları haqqında statistik məlumat

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-mart aylarında statistik məlumatlara əsasən 10,7 milyard ABŞ dolları təşkil edib, onun 8,5 milyard dollarlıq hissəsi ixracın, 2,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb. 

 Mövqe.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 63 ölkəyə əmtəə ixrac olunmuş, 115 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya və s. ölkələridir.


İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3 faiz artıb.


Sizin Reklam Yeriniz