Əlaqə Arxiv
news Image
2013.05.13
11:50
| A A A
Bu ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri dəyişib

2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,0 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7 faiz aşağı düşüb. 


Dövlət Statistika Komitəsindən Mövqe.az-a verilən məkumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,7 faiz, metal filizlərinin hasilatı üzrə 2,3 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,5 faiz bahalaşıb.


Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə isə 0,1 faiz bahalaşmış, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 7,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 6,4 faiz, kağız və karton istehsalı üzrə 6,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 1,3 faiz, toxuculuq sənayesi üzrə 1,2 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və həmçinin, mebel istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. 


Sizin Reklam Yeriniz