Əlaqə Arxiv
news Image
2013.05.30
17:21
| A A A
İstehlaka yararsız məhsullar məhv edilib

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda

- Mərdanov Qardaşları küçəsi, ev 59 ünvanında Əhməd İsmayılova məxsus mağazada;


Sumqayıt şəhərində

- 9-cu mikrorayonda Sevil Əsgərovaya və Firuz Hüseynova məxsus mağazalarda;


Ucar şəhərində

- Firdovsi küçəsində Sücayət Əsgərovaya məxsus mağazada;


Xaçmaz şəhərində

- M.F.Axundov küçəsində İlham Əkbərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.


Bakının Xətai rayonunda

- Zığ şosesi, ev 36C ünvanında Ehtibar Məmmədova məxsus mağazada;


Nizami rayonunda

- Q.Qarayev prospekti ilə 815-ci keçidin kəsişməsində Cəfər Abdullayevə məxsus "İdrak" mağazasında;



Nərimanov rayonunda

- F.Xoyski prospekti, ev 136 ünvanında Təbriz Qasımova məxsus "Moskva" mağazasında;


Gəncə şəhərində

- Pavlov küçəsi, ev 2 ünvanında Məhəbbət Əliyevaya məxsus mağazada;

- Ə.Məmmədov küçəsi, ev 21 ünvanında Gəncə Kooperativ Cəmiyyətinə məxsus mağazada;


Ucar rayonunda

- Bazar ərazisində Nizam Həsənova məxsus mağazada;


Kürdəmir rayonunda

- Kürdəmir şəhəri, H.Əliyev prospektində Mahir Şirinova məxsus mağazada;

- Atakişili kəndində Pənah İbrahimova məxsus mağazada;



Xaçmaz şəhərində

- N.Nərimanov küçəsində Fərid Rizvanova məxsus mağazada;


Qusar şəhərində

- H.Əliyev prospekti, ev 168 ünvanında Mübariz Verdixanova məxsus mağazada;

- Ə.Səfixanov küçəsində Mübariz Verdixanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.


Ümumilikdə, monitorinqlər zamanı 350 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İ

stehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


 

Sizin Reklam Yeriniz