Əlaqə Arxiv
news Image
2013.05.30
18:07
| A A A
Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Mayın 30-da Bakı Biznes Mərkəzində Avropa Birliyi ilə Azərbaycan arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Alt Komitənin XII iclası keçirilib. İclasda müvafiq dövlət qurumları və Avropa Komissiyasının nümayəndələri iştirak edib.

 

İqtisad İnkişaf Nazirliyindən Mövqe.az-a verilən məlumata görə,  tədbirə Azərbaycan tərəfdən həmsədrlik edən İqtisad İnkişaf Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev və Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunda bölmə müdiri Luk Devin çıxış edərək AB ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə məlumat veriblər.

 

İclas çərçivəsində həmçinin AB ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planında iqtisadiyyat, ticarət, investisiyalar və digər əlaqədar sahələr üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə görülmüş işlərə dair müvafiq dövlət orqanlarının və Avropa Komissiyasının nümayəndələri tərəfindən təqdimatlar keçirilib. Sonra tədbirin gündəliyinə uyğun olaraq, təqdimatlar ətrafında müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

 

İclas mayın 31-dək davam edəcək.

Sizin Reklam Yeriniz