Gələn il dollar 79 qəpik olacaq
2012-ci ildə ümumi daxil məhsulun (ÜDM) artım tempi 5,7% təşkil
edəcək. Bunu parlamentdə 2012-ci ilin dövlət büdcəsi zərfi ilə
bağlı mövqeyini açıqlayan iqtisadi inkişaf naziri Şahin Mustafayev
deyib.
Nazir qeyd edib ki, 2015-ci ilə qədər isə ÜDM-in artım tempinin orta həcmi 6,3% olacaq. Ş.Mustafayevin qeyd etdiyinə görə, gələn il manatın dollara nisbəti 79 qəpik olacaq.
"İnflyasiyanın həddi 6% olacaq. Xarici borcların yuxarı həddi iki milyard manat olacaq. Büdcədə neftin qiyməti 80 dollar, növbəti iki ildə isə aşağı enərək 75 dollar olacaq". Nazir vurğulayıb ki, dünyada iqtisadi böhranın ikinci dalğasının ehtimal olunduğu bir şəraitdə Azərbaycanda gələn il də uğurlu il kimi qiymətləndirilir.
"Gələn ildə əvvəlki illərdə müşahidə olunan müsbət meyillər davam edəcək. ÜDM-nin adambaşına düşən həcmi 4744 manatdan 5963 manata qalxacaq ki, bununla da Azərbaycan yuxarı və orta gəlirli ölkələr sırasında öz yerini möhkəmləndirəcək".