Azərbaycan şirkətləri Azərbaycan-Macarıstan işgüzar görüşündə iştiraka dəvətlidirlər
2013-cü il iyunun 27-də Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Vali-Nadin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək.
Mövqe.az-ın məlumatına görə, işgüzar görüşə İKT sektorunu təmsil edən Macarıstan iş adamlarının qatılacağı gözlənilir. Azərbaycanlı iş adamları tədbirdə iştiraka dəvət edilirlər.
Tədbirlə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət etmək olar:
Əlaqəli şəxs: Anar Nuriyev
Tel.: 012 598 01 47/48 (daxili: 123, 129, 119)
E-mail: [email protected]