Əlaqə Arxiv
news Image
2013.07.03
12:47
| A A A
Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dolları ötüb

Mövqe.az AMB-nin rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü il iyun sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 720,4 milyon dollar təşkil edib.


Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 8,8 faiz və ya 1025,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb.

İllik hesablamada AMB-nin valyuta ehtiyatlarının həcmi 15,16 faiz və ya 1674,1 milyon dollar artıb.

Sizin Reklam Yeriniz