Əlaqə Arxiv
news Image
2013.08.06
13:06
| A A A
Azərbaycanda ipoteka kreditləşmələrinin sayı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən verilmiş kreditlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 87,6% və 34,42 mln. manat artaraq 73,69 mln. manat təşkil edib.

Mövqe.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, ümumiyyətlə, 2006-2012-ci illər ərzində (2008-ci ildə Fond tərəfindən ipoteka kreditləri ayrılmayıb) AİF tərəfindən ayrılmış kreditlərin həcmi 420,23 mln. manat təşkil edib.

 Cari ilin ilk yeddi ayı ərzində AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 42,03 mln. manat təşkil edib. Fond hesabat dövründə 34 mln. manatlıq ipoteka istiqrazları yerləşdirib. Dövlət büdcəsindən yanvar-iyul ayları ərzində AİF-ə ayrılmış vəsaitin həcmi 40 mln. manat təşkil edib.

 Hesabat dövründə ipoteka krediti alanların 39%-i 18-29 yaş, 33%-i 30-35 yaş, 28%-i isə 36 yaşdan yuxarı olub.

Sizin Reklam Yeriniz