Əlaqə Arxiv
news Image
2013.09.06
18:17
| A A A
Subsidiyaların dəyişmə mexanizmi gecikir
Murtuzəli Hacıyev: «Kənd Təəssərüfatı Nazirliyi olaraq təkliflər hazırlayıb müvafiq qurumlar təqdim etmişik»

Natiq Cəfərli: "Bu məsələdə aparıcı Avropa dövlərtlərinin təcrübəsindən istifadə etmək lazımdır"


Xeyli müddətdir ki, ölkədə subsidiyaların verilmə mexanizmində dəyişikliklər ediləcəyi bildirilir. Kənd Təəsrrüfaıt Nazirliyi bununla bağlı digər aidiyyaıt qurumlarla birgə yeni təkliflər hazırlayıb. Lakin hazırlanan təkliflərin nə zaman icraya yönəldiləcəyi, subsidiyalarnı dəyişmə mexanizminin hasan reallaşacağı hələ dəqiq məlum deyil. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Mövqe.az-a açıqlamasında bu xüsusda bildirir: "Fermerlərə subsidiyaların verilmə mexanizimin dəyişməsi üçün  Kənd Təəssərüfatı Nazirliyi olaraq təkliflər hazırlayıb müvafiq qurumlar təqdim etmişik. Onlar da öz növbəsində bu məsələyə baxır. Dəyişikliklər də olacaq. Amma bunun haçan olacağı barədə hələ danışa bilmərəm".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir: "Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyalar  verilməsi hektara və əkilən məhsulun növünə görə ayrılır. Bu iş illərdir davam edir və qeyd etmək lazımdır ki, lazımi effektə, istənilən artıma səbəb olmur. Bu məsələdə aparıcı Avropa dövlərtlərinin təcrübəsindən istifadə etmək lazımdır. Burada son məhsulun həcminə və keyfiyyətinə görə subsiyadiyalaşma siyasəti həyata keçirilir. Bu isə fermerlərdə əlavə stimul yaradır ki, daha keyfiyyətli və daha bol məhsul yetişdirsinlər. Təəssüf ki, bu mexanizm Azərbaycanda qəbul olunmadı. Qəbul olunmuş mexanizm isə ancaq əkin sahələrinin həcminə və növünə görə təyin edilir.  Taxıl məhsullarına, buğdaya ayrılan subsidiyaların həcmi daha çoxdur, nəinki digər məhsullara. Bu isə çox az effekt. Bu problem bir neçə dəfə qaldırılıb, amma təəsüf ki, həllini tapmır. Ümid edirik ki, yaxın zamanlarda hökümətin yetkili orqanları bu məsələyə bir daha baxacaqlar və daha çevik, daha çağdaş bir mexanizm işləyib hazırlayacaqlar ki, bu da  kənd təsərrüfatı məhsullarının çeşidinin, keyfiyyətinin artmasına və məhsul bolluğuna səbəb olacaq. 

Əsas dəyişiklik subsidiyaların, əkin sahələrinin həcminə görə deyil, məhsulun miqdarına görə, verilsə, fermerlər arasında da bir stimul, maraq yaranar. Onlar həm məhsulun keyfiyyətini yüksəldəcəklər, həm də ki, həcmini artıracaqlar". 

Onu da xatırladaq ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır. Burada strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istesal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir.


Sizin Reklam Yeriniz