Azərbaycan respublikasının prezidenti İlham Əliyev
iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının
təməlqoyma mərasimində iştirak edmişdir.
Artıq Kəlbəcərin azad olunmasından 2 ilə yaxın vaxt ötür. Bu müddət ərzində
ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun
yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır.
Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-
obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək
abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi
sosial inkişafın bariz nümunəsidir.
Kəlbəcər rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər
tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq.
Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə talan olunmuş ərazilər indi əsaslı şəkildə
təmir olunur, faktiki olaraq yenidən qurulur.
Kəlbəcər rayonu bu sahədə birinci rayonlardandır ki, artıq keçmiş məcburi
köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, Azərbaycanın dilbər
guşələrindən olan İsti su sanatoriyası da Kəlbəcərdə yerləşir.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər
rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edərək
sanatoriyasının təməlini qoyub.
Sanatoriya 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-
Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq.
Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də
planlaşdırılır.
Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan bulağı ətrafında
1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan
sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Milyonlarca Azərbaycanı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə
gedir. Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar
bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız. Bu gün
işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür
ki, işğaldan azad olunmuş torpaqları bərpa olunur,dirçəlir və abadlaşır.
Ceyhun Hüseynov
Masallı MRX İƏ söbəsinin mütəxəssisi