Ölkə iqtisadiyatının müxtəlif sektorlarında kağız materialından istifadə xüsusi çəkiyə malikdir. Kağızdan ölkənin sənaye sahəsində istehsal olunan bir çox məhsulların (tütün, çay, ağartı məhsulunu, təbii şirələrin və.s) qablaşdırılmasında, eləcə də yazılı mətbuatda və dövri nəşriyyatda kitabların, jurnalların çap olunmasında geniş istifadə olunur.
Bu isə son illər ölkədə kağıza olan tələbin artan xətt üzrə inkişaf etməsi ilə müşahidə olunur. Məlum məsələdir ki, Azərbaycan bu sahədə xammalı əsasən idxal yolu ilə əldə edir. Bu da kağız sənayesinin ölkəmizdə yetərincə inkişaf etməməsindən irəli gəlir.
İndiki vaxta isə ölkədə kağız sənayesinin potensal gücünü artırılması və bu istiqamətdə emal sahələrinin çoxaldılması baxımından lazımı işlərin görülməsi üçün iqtisadi imkanlar olduqca genişdir. Movqe.az-a məsələylə bağlı fikir bildirən ekspertlər qeyd edirlər ki, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün təkrar emalın yaradılmasına və ilkin mərhələdə xarici şirkətlərin bu prosesə cəlb olunması həyata keçrilməli, bu sahəyə yetərincə diqqət ayrılmalıdır
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, kağız sənayesinin inkişaf etdirilməsi mühümdür:
"Kağız məhsulları ölkəyə əsasən xaricdən idxal olunur. Bu sənayeni Azərbaycanda inkişaf etdirmək üçün baza istehsalının yaradılmasına ehtiyac var. Bildiymiz kimi, bu sahənin inkişafı meşə sənayesi ilə bağlıdır. Bu baxımdan ağacların sənaye üsulu ilə becərilməsi, təkrar emal məsələsi gündəmə gəlməlidir. Qeyd edim ki, bir çox xarici dövlətlərdə, kağız istehsalında təkrar emala daha çox üstünlük verilir. Belə ki, həmin ölkələrdə işlənmiş, köhnə və yaxud lazımsız kağız məmulatları əldə edilərək sənaye sahəsinə ötrülərək, təkrar emal olunur.
Ölkəmizdədə bu baxımdan köhnə və yaxud lazımsız kağız məmulatları əldə edilərək verilməlidir ki, təkrar emal sənayesinin yaradılmasına şərait yaradılsın. Düşünürəm ki bu sahədə hansısa addımlar atılacaq. Çünki, ölkəmizdə bunun üçün yüksək potensal var".
Digər iqtisadçı ekspert Qadir İbarahimli hesab edir ki, kağız sənayesini ölkədə inkişaf etdirmək üçün, bu sahə özəl dairələrin və şirkətlərin maraq dairəsinə gətirilməlidir: "Bilirsiniz, bu kifayət qədər çox mürəkkəb məsələdir. Azərbaycanın bu sahədə təcrübəsi yoxdur, ölkədə əvvəldən istehsal olmayıb. Dövlət iş adamlarına dəstək olmalıdır ki, bu sahəninin inkişafında hansısa işlər görülsün. Bu sahənin inkişaf etdirmək üçün xarici iş adamları, xarici investorların bu prosesə cəlb olunması həyata keçrilməlidir. İndiki halda isə bu bazar öyrənilməlidir, araşdırılmalıdır".