Mərkəzi Bank Bərdədə intihar edən şəxsin kredit borcuna görə özünə qəsd etməsi məsələsinə aydınlıq gətirib
İntihar edən Elşad Vaqif oğlu Dadaşovun heç bir kredit borcu olmayıb
Mərkəzi Bank iyulun 8-də Bərdə rayonunda intihar edən şəxsin kredit borcu görə özünə qəsd etməsi məsələsinə aydınlıq gətirib.
Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, intihar edən Elşad Vaqif oğlu Dadaşovun heç bir kredit borcu olmayıb: "Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur".
Qeyd edək ki, son günlər bir sıra mətbuat orqanlarında iyulun 8-də Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumatlar yayılıb. Elşad Vaqif oğlu Dadaşovun kredit borcuna görə özünə qəsd etdiyi iddia olunurdu.