Dollar almaq istəyənlərə yeni xəbər
İyulun 10-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Movqe.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 13-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0486 (iyulun 10-u 1.0487) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1674 (iyulun 10-u 1.1643) manat olub.