Şirkət TANAP layihəsi üçün də boruların daşınması xidmətini göstərməyə hazırdır
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 20%-lik iştirak payının alınması üçün ilkin olaraq 400 mln. avro investisiya yatırmaq lazımdır. Movqe.az-ın "Report"-a istinadən istinadən verdiyi xəbərə görə, bunu "Snam" şirkətinin (İtaliya) baş direktoru Karlo Malakarne (Carlo Malacarne) müsahibəsində deyib.
K.Malakarne həmçinin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün də boruların daşınması xidmətinin göstərilməsini həyata keçirə biləcəklərini açıqlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da İtaliyaya səfəri çərçivəsində "Milan EXPO-2015" sərgisində çıxışı zamanı "Snam" şirkətinin TAP-da pay almaq istəməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən səhmdarlardan hansınınsa pay satmasının mümkün oluğunu açıqlayıb.