Bu ilin ilk yarısında əhalinin gəlirləri 6% artıb
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb
Bu ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 19,8 milyard manata çatıb. Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun hər nəfərə düşən həcmi 4,9% artıb.
Bu dövr ərzində gəlirlərin 74,2%-i son istehlak xərclərinə, 9,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb.