Avro alıcılarına şad xəbər
İyulun 15-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
Movqe.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 16-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0495 (iyulun 15-i 1.0492) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1477 (iyulun 15-i 1.1546) manat olub.