Əlaqə Arxiv
news Image
2015.07.16
21:35
| A A A
“Azərspace-2” peykinin resurslarının icarəsi ilə bağlı müqavilə imzalanıb
Peykin resurslarının 46%-i artıq uzunmüddətli icarəyə verilib

"Azerspace-2" telekommunikasiya peyki üzrə peyk istehsalçısının seçilməsi ilə bağlı tender keçirilib. Hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır. Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib. Onun sözlərinə görə, ötən 6 ay müddətində Azərbaycanın "Azerspace-1" və "Azersky" peykləri üzrə marketinq və satış işləri aparılıb (peyk üzərindən yerli və beynəlxalq səviyyəli 120 televiziya və 20 radio kanalı yayımlanır).

"Eyni zamanda, "Azərspace-2" peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan "Intelsat" şirkəti ilə müqavilə bağlanılıb", - deyə R.Nəbiyev qeyd edib.


Sizin Reklam Yeriniz