ABŞ Mərkəzi Bankı Fedin faiz artırımını dəyərləndirdiyi Federal Açıq Bazar Komitəsinin iclası başa çatıb. Toplantının ardından verilən açıqlamada, Fedin faiz nisbətlərini dəyişdirmədiyi qeyd edilib.Fed faizləri 0-0,25 faiz səviyyəsində sabit saxlayıb.Açıqlamada məşğulluqda irəliləyişin olduğu, ancaq inflyasiyada bunun görülmədiyi qeyd olunub.İqtisadi fəallığın son aylarda mülayim bir şəkildə böyüdüyünün qeyd edildiyi açıqlamada, "Fed ilk faiz artırımına başlanmazdan əvvəl inflyasiyada 2 faiz hədəfinə doğru hərəkətdən olduqca əmin olmalıdır. Neft və idxal qiymətlərindən qaynaqlanan müvəqqəti təzyiqin ortadan qalxması ilə həm inflyasiya, həm də məşğulluq bazarı irəliləyə bilər" - deyilir.Faiz nisbətini sabit saxlamaq qərarının yekdil səslə qəbul olunduğu iclasda, məşğulluq bazarındakı yaxşılaşmanın müsbət olduğu və sözügedən yaxşılaşmanın möhkəm olduğu ifadə edilib.Fed rəsmiləri, daha çox inkişaf ehtimalının olduğunu da qeyd ediblər.Rəsmilər bundan başqa, məşğulluq bazarındakı ümumi mənzərənin haradasa tarazlığa gəldiyini vurğulayıblar.Fed rəsmiləri, əmək bazarındakı süstlüyün azaldığını, bu istiqamətdə daha çox inkişaf ehtimalının olduğunu da əlavə ediblər.İnflyasiyanın yüksəlməsinin isə yetərli səviyyədə olmadığını ifadə edən Fed rəsmiləri, inflyasiyanın orta müddətdə yüksəlməsinə dair gözləntini təkrar edərək; "İstehlakçı xərclərinin mülayim səviyyədə və mənzil bazarının daha çox inkişaf etməyə açıq olduğunu" ifadə ediblər.
QAPINI ARALADI
ABŞ iqtisadiyyatında və məşğulluq bazarında möhkəmlənmənin davam etdiyinə işarə edən Fed, Sentyabr ayında faiz artırımı üçün qapını araladı.Bəyanatda rəsmilərin iqtisadiyyatın ilk rübdəki ləngimənin öhdəsindən gəldiyi qiymətləndirməsi etdikləri bildirilib, enerji sektorundakı geriləmə və xarici iqtisadiyyatlarda əsən "tərs küləklərə" baxmayaraq ABŞ iqtisadiyyatının mülayim şəkildə artmaqda olduğu vurğulanıb.
SÜRPRİZ YOXDUR
Mütəxəssislər bildirirlər ki, açıqlamada sürpriz yoxdur. Fedin gözlənilən zamanı yenə qeyd etmədiyinə diqqəti çəkən analitiklər "İqtisadi məlumatlara bağlı olaraq bazarın izlənməsinin davam edəcəyi və Sentyabr ehtimalının hələ də masada olduğunu müşahidə edirik. Fed zaman anlayışını önə çıxararaq özünü asılı hala gətirmək istəmir. Çünki göstəricilərdə yay dövründə pozulma olarsa Sentyabrda faiz artırımı çətin hala gələr. Göstəricilərdə nisbətən müsbət meyl çox əhəmiyyətlidir. Bu pozulma müşahidə olunmadığı müddətdə bazarlar Sentyabrda faiz artırımı ilə dəyərlənməkdə davam edəcək", - deyə bildirirlər.Barclays Plc-nin baş iqtisadçısı Maykl Gap, "Komitə faizlərin bu il ərzində artırılması ehtimalına açıq qapı buraxdı. Sentyabr və ya Dekabrda faiz artırımı hələ də mümkün görünür" şərhini edib.Fed bu ilin əvvəlində, 2006-cı ilin İyun ayından bu yana baş tutacaq ilk faiz artırımı üçün iclasdan-iclasa vəziyyəti qiymətləndirmək qərarı vermiş və faiz artırımı qərarını açıqlanacaq məlumatlara bağlamışdı. Fed sədri Janet Yellen, ölkə iqtisadiyyatının müsbət gedişinin davam etməsi halında faiz dərəcələrinin Sentyabr ayında artırıla biləcəyini söyləmişdir.Fedin bu ilin Sentyabr ayında faiz artıracağı gözlənilir. Fazilərin artırılması ilə dolların daha da güclənəcəyi proqnozlaşdırılır. Fedin faiz artırması yaxınlaşdıqca investorların dollara marağı artır. Cazibəsini itirən qızıl və digər əmtəələr satış dalğasının təsirilə ucuzlaşırlar.