Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və
Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd
qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının III
ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib.
Movqe.az-ın ETSN-in saytına istinadən xəbər verir ki, iyul
ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II
ongünlüyünə nisbətən 33,7 m3/san azalaraq 50,1 m3/san təşkil
edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3
dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.85-7.38 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişib. Mis birləşmələri isə Kür
və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilindədir.