Əlaqə Arxiv
news Image
2015.08.12
12:10
| A A A
Azərbaycanın rabitə operatoru internet-kontentin tədarükü xidmətini təklif edir

Azərbaycanın ilk provayderi "Delta Telecom" şirkəti CDN (Content Delivery Network) kontent tədarükü texnologiyasından istifadə etməyə başlayıb. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən xəbər verilib.


Xidmət kontent istehlakçıları ilə müqavilə əsasında təklif edilir. Bu mobil və fiks edilmiş internet istifadəçilərinin Azərbaycanın kontent-resurslarına çıxış müddətini əhəmiyyətli dərəcədə azaltmağa və ən çox baxılan internet saytların trafikinə nəzarət etməyə imkan yaradacaq.


CDN texnologiyası məlumatları planetin müxtəlif coğrafi guşələrində genişləndirməyə imkan verən ən güclü server paylama sistemidir. Bu da internet-resursların yükləmə sürətini artırmağa səbəb olur.


Bu texnologiya informasiya resurslarının optimallaşdırılması və əlçatanlığına, internet provayderlərdə olduğu kimi, internet istifadəçilərinin geniş əhatəsi üçün şəbəkələrarası əlaqəni təşkil etməyə imkan yaradır.


Sizin Reklam Yeriniz