HP şirkəti geniş ixtisarlara hazırlaşır
Şirkətin cari gəlirləri 13% azalıb
Maliyyə ilinin III rübündə gəliri 13% azalan ABŞ-ın HP (Hewlett Packard) şirkəti geniş işçi ixtisarına hazırlaşır.
Movqe.az xəbər verir ki, bu barədə xarici mediaya açıqlama verən şirkət nümayəndələri bildiriblər.
Şirkət rəsmiləri ixtisarlar nəticəsində 55 mindən çox adamın işinə son veriləcəyini açıqlayıblar.
Qeyd edək ki, HP işdən çıxarma planının icrasına 2012-ci ildə başlayıb və ilk mərhələdə 25 min işçinin ixtisar olunacağı deyilir.