Əlaqə Arxiv
news Image
2016.01.07
09:30
| A A A
Səhmdarların bölgü problemi davam edir
Ruslan Atakişiyev: “Açıq tipli səhmdar cəmiyyətlərin əksəriyyəti qanunverciliyə tam şəkildə riayət etmirlər”

Azərbaycanda hələ də qiymətli kağızlar bazarının inkişafı qənaətbəxş deyil. Bazar zəif olaraq qalmaqdadır. Bu sahəyə hələ də əhali arasında, özəl sektrrda istənilən maraq yoxdur. alnız dövlət səviyyəsində qiymətli kağızlar bazarı müəyyən qədər inkişaf edə bilib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, 2015-ci il 14 iyul tarixində "Qiymətli kağızlar bazarı haqqında" Qanunun qüvvəyə minməsi bir növ bu sahənin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri oldu: "Amma bu gün Azərbaycanda qimətli kağızlar bazarı inkişaf etmiş ölkələrdəki səviyyəsdə deyil. Bunun da bir sıra səbəbləri var. Qiymətli kağızlar bazarında tənzimləyici dövlət qurumu, Bakı Fond Birjası, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, o cümlədən başqa qurumlar iştirak edir.

Eyni zamanda qanunvercilik bazasında Mülki Məcəllə, "Banklar haqqında" Qanun, o cümlədən də kooperativ idarəetmə standartları haqqında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı sənədlər rol oynayır. Ancaq bu gün açıq tipli səhmdar cəmiyyətlərin əksəriyyəti qanunverciliyə tam şəkildə riayət etmirlər. Məsələn, özəlləşdirmə prosesindən sonra açıq səhmdara çevrilmiş əksər müəssisələrdə majoritar səhmdarlarla kiçik səhmdarlar münasibətlərinin qurulması, şirkətdaxili kooperativ idareətmə standartları, xüsusun də İqtisadi Əməkdaşlıq Təşkilatının standartlarına riayət olunması, yığıncaqların keçirilməsi, dividendlərin bölünməsi, gəlirlərin şəffaflığı, məlumatların açıqlanması, səhmdarların hüquqlarının qorunması kimi məsələlərdə hələ də çatışmazlıqlar qalmaqdadır. Ona görə də problemlərin çoxluğu insanlarda hansısa müəssisələrin səhmdarı olmaq istəyini azaldır. Digər amil isə səhmi buraxan müəssisələrin maliyyə dayanıqlığı, investisiya layihələrinin aydınlığı məsələdir. Yəni, bu sahədə geniş tədbirlərin görülməsinə ehtiyac var. Qiymətli kağız buraxan müəssisələrin kooperativ idarəertmə kodekslərinə riayət edilməli, sağlamlaşdırma işləri aparılmaldır. Həmçinin, səhmdarların hüquqlarının qorunması vacibdir".

Sizin Reklam Yeriniz