Əlaqə Arxiv
news Image
2016.01.13
10:05
| A A A
Azərbaycan iqtisadiyyatı 1,1% artıb

2015-ci ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib."Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə belə artım qənaətbəxş hesab edilə bilər",- deyə S.Şərifov söyləyib.Onun sözlərinə görə, qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib.Azərbaycan hökuməti 2015-ci ildə ÜDM artımını 3,3% səviyyəsində proqnozlaşdırmışdı.2014-cü ildə iqtisadi artım 2,8% təşkil edib.

Sizin Reklam Yeriniz