Bu gün banklar hərrac vasitəsilə 300 milyon dollar aldı
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.