Əlaqə Arxiv
news Image
2013.03.28
17:48
| A A A
Sevdiyinə görə özünü həlak etdi

İndoneziyada sevgisinə qarşılıq görməyən bir adamın özünü yandırdığı bildirilib. Movqe.Az-ın məlmatına görə, polis açıqlamasında 30 yaşlı Mohamad Zikranın ölkənin paytaxtı Cakartada iş yoldaşının sevgisinə cavab verməməsi səbəbilə özünü yandırdığını qeyd edib. Zikranın iş yerində üzərinə 20 litr benzin tökərək özünü atəşə verdiyi, sonra aşiq olduğu Santi Diosaka Qumelara adlı qadının yanına qaçdığı bildirilib. Qumeların başqa bir iş yoldaşı tərəfindən yanmaqdan qurtarıldığı qeyd edilib. Hadisədə Zikra həlak olub, Qumelar və onu xilas edən iş yoldaşının xəstəxanada müalicəyə alındığı bildirilib.

Sizin Reklam Yeriniz