Başını kəsib çarmıxa çəkdilər
Səudiyyə Ərəbistanda bir adam əvvəl başı kəsilərək edam edilib, sonra isə başsız cəsədi çarmıxa çəkilib. Movqe.Az Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi "SPA"-ya istinadən bildirir ki, Yəmən vətəndaşı Məhəmməd Rəşid Hayri Hüseyn, Pakistan əsilli Paşti Seyit Xan ilə cinsi əlaqəyə girib daha sonra da onu öldürdüyü üçün edam cəzasına məhkum edilib. Məhəmməd Rəşid Hayri Hüseynin cəzası Səudiyyə Ərəbistanın cənubundakı Cizan şəhərində başı qılıncla kəsilmək surətiylə edam edilmək olub. Bu cür cinayətlərə verilən hökmə müvafiq olaraq Hüseynin başsız bədəni çarmıxa çəkilərək bir müddət sərgilənib. Səudiyyə Ərəbistanda yalnız son üç ay ərzində 28 adam edam edilib.