Çadıra benzin töküb ailəsini yandırdı
Rusiyada maralçılıqla məşğul olan bir nəfər bütün ailəsini diri-diri yandırıb.
Mövqe.az-ın məlumatına görə, adı çəkilməyən şəxs içkili halda anasının, həyat yoldaşının, altı aylıq oğlunun, beş yaşlı xalası qızının və xalasının olduğu çadıra benzin tökərək yandırıb. Təqsirkarın anası və uşaqları ölüblər.
Digərləri ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.
O cümlədən 25 yaşlı cinayətkar da hazırda xəstəxanadadır. Polis məsələni araşdırır.