Əlaqə Arxiv
news Image
2013.05.06
17:16
| A A A
2 milyon 236 min manat mənimsənildi

Baş Prakrorluqdan Mövqe.az-a daxil olan məlumata görə, külli miqdarda vəsait mənimsəmiş Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilibdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verildiyi aşkar edilmişdir. Ümumilikdə 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilmişdir. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz