Əlaqə Arxiv
news Image
2013.05.10
10:59
| A A A
Qarajda intihar...

Şəki şəhər-rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə Şəki şəhəri Fətəli Xan Xoyski küçəsi, ev 101-də qeydə alınıb.

 

Şəki şəhər sakini, 1948-ci il təvəllüdlü Məmmədov Allahyar Muxtar oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş maşın qarajında asaraq intihar edib.

 

A. Məmmədovun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Şəki şəhər-rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz