Kürdəmirdə baş verən dəhşətli qətl barədə məlumat yayılıb
Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb
Mövqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunan Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Q. Süleymanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.