Azərbaycanlı qadınları xaricdə satan şəxslər tutuldu
Azərbaycanlı qadınları Türkiyədə satan şəxslər tutulub. Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəbrayıl rayon sakini Aytən Rəsulovanın gəlir əldə etmək məqsədilə qadınları cinsi istismar üçün Türkiyəyə aparması müəyyən edilib.
Eyni zamanda, Bakı şəhər sakini Mətanət Nəbiyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.