Əlaqə Arxiv
news Image
2013.06.28
17:03
| A A A
Bir yaşındakı uşağa təcavüz etdilər

Movqe.Az xəbər verir ki, BMT, Demokratik Konqo Respublikasında (DQR) son iki ayda, yaşları 1,5 və 12 arasında dəyişən 9 qız uşağına təcavüz edilməsini qınayıb. DKC-dəki BMT Missiyası MONUSCO və UNICEF tərəfindən ortaq edilən şərhdə, son iki ayda Cənubi Kivudaki Panzi Xəstəxanasına biri 18 aylıq olan, 9 qız uşağının gətirildiyi, uşaqların bədənlərində şiddət və istismar izləri olduğu deyilib. Şərhdə, xəstəxanada edilən müalicə əsnasında uşaqların 2-in dünyasını dəyişdiyi yazılaraq, "Bu tərz şiddət və istismar hadisələri qəbul edilə bilməz. Tezliklə sonlandırılmalıdır "deyilib. BMT, "dünyanın təcavüz paytaxtı" olaraq da xarakterizə edilən DKC-də 1998-ci ildən bu yana ən az 200 min qadının təcavüzə məruz qaldığını təxmin edir.


Sizin Reklam Yeriniz