Kür çayında boğulan uşağın meyiti tapılıb
Ötən gün Kür çayında boğulan azyaşlının meyiti tapılıb.
Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb.
M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.