Əlaqə Arxiv
news Image
2013.08.02
12:51
| A A A
Türk serialına baxıb dəstə yaradan Azərbaycanlılar həbs olundular

"Adаnаlı"ya bаxıb, "gəl biz də belə bir dəstə yaradaq" dedilər

Tərtər Hərbi Məhkəməsində qəsdən adam öldürmə, quldurluq və oğurluqda təqsirləndirilən Əliyev Rövşən Fazil oğlu, Məmmədov Murad Nizaməddin oğlu və Musayev Elnur Nəriman oğlunun məhkəməsi başa çatıb.

Gün.Az-ın məlumatına görə, məhkəmənin hökmü ilə elan olunan ittiham üzrə təqsirli bilinən Rövşən Əliyev 15 il, Elnur Musayev 14 il 8 ay, Murd Məmmədov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2009-cu ildən fəaliyyət göstərən dəstə Ağdaş rayonunda dükan, aptek və Xətai rayonunda 4 obyektdən oğurluq ediblər. Dəstə üzvləri tanınmamaları üçün başlarına maska, əl izlərinin qalmaması üçün isə əllərinə əlcək geyiniblər.

Bundan başqa R.Əliyevlə E.Musayev 2011-ci il noyabrın 10-da talamaq məqsədi ilə odlu silahdan Ağdaş şəhər sakini, 75 yaşlı Telman Abdullayevi qətlə yetiriblər.

Hadisə yerindən bir ədəd "Mauser-Verkif" markalı tapança və içərisində 15 ədəd patron olan 2 daraq aşkar edilib götürüb.

Yaxın dostlar mütəşəkkil dəstə yaratmaq qərarına televiziyаdа "Adаnаlı" filminə bаxandan sonra gəliblər.

Dostlar bir yerdə filmə baxandan sonra Rövşən Əliyev "gəl biz də belə bir dəstə yaradaq", deyib.

Rövşənin bu təklifini dostları müsbət qarşılayıb. Bundan sonra Rövşən özünü dəstənin başçısı elan edərək fəaliyyətə başlayıb.


Sizin Reklam Yeriniz