Ölkədə vəhşilik baş alıb gedir
Movqe.Az CNN-ə istinadən bildirir ki, Demokratik Kongo Respublikasının Cənub Kivu şəhərinin kəndində təşkil edilən hücumda 20 adam ölüb.
Cənub Kivi şəhərinin başçısı Marselin Cişambo, Ruandalı Hutu hərbçilərinin Kamananqa cəmiyyətində yerləşən kəndində hücum təşkil etdiklərini bildirilib.
Kənddə qırğın törədən təcavüzkarların 21 evi də atəşə verdiklərini bildirən Cişambo,həbçilərin izini tapmaq məqsədi ilə bölgəyə ordu qrupları göndərildiyini söyləyib.
Cişambo, Ruandalı Hutu hərbçilərinin bundan əlavə Konqonun şərqindəki əsgərlərə də hücum edərək 12 əsgəri yaraladığını bildirib.
Kongodakı BMT missiyasından verilən məlumatda əsgərlərin hücuma məruz qaldığı məlumatı təsdiqlənib, amma hücumun kimlər tərəfindən törədildiyi məlum olmayıb.