Əlaqə Arxiv
news Image
2013.09.04
16:13
| A A A
Qardaşını qorumaq istəyən qadın özü öldü

Faktla əlaqədar cinayət işi başlanıb

Tovuz rayonunun Əyyublu kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib. Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İvan Hüseynov bu zaman araya girmiş Rəşid Əliyevin bacısı Təranəyə bıçaqla xəsarət yetirib.


Xəstəxanaya yerləşdirilmiş Təranə Əliyeva sentyabrın 3-də orada ölüb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İvan Hüseynov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.


Sizin Reklam Yeriniz