Əlaqə Arxiv
news Image
2021.05.05
10:50
| A A A
Alimpaşa həbsə girdi, maralları saman ümidinə qaldı

Şəmkir rayonunun bu günlərdə DTX tərəfindən həbs olunan icra hakimiyyəti başçısı (əlbətdə, indiki halda keçmiş başçısı) Alimpaşa Məmmədovun çoxşaxəli biznesi barədə faktlar artıq ictimaiyyətə məlumdur. Rəsmi məlumatda da bildirildiyi kimi Alimpaşa Məmmədov korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına Şəmkirdə “Az Farel” balıqyetişdirmə təsərrüfatı qurub, “Şəmkir səbəti” ticarət mərkəzi açıb və digər gəlirli biznes sahələrində “oturub”. Əlbətdə, bütün bu işləri keçmiş başçının varisi, yəni oğlu idarə edirdi.

Daha sonra məlum olmuşdu ki, Alimpaşanın həm də maral təsərrüfatı varmış. Bu maral təsərrüfatı ona nə qazandırırmış, burası məlum deyil. Amma indi məlum olan budur ki, Alimpaşanın DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalıb. Bu haqda “Azadlıq” radiosunun müxbirinin hazırladığı reportajda deyilir.

"Qalıblar saman ümidinə..."

Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yen verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar. “Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra hakimi getdi, ondan sonra gəlib-gedən, axtaran yoxdur. Göz görə-görə batıb gedir heyvanlar...”,-o deyir.

Bəlli olub ki, Alimpaşanın həm də qaz femrası var, indi onun qazları da baxımsız qalıb.

Alimpaşanın qazları

Keçmiş icra hakimiyyəti başçısının Seyfəli kəndində yerləşən “Az Farel” MMC balıq yetişdirmə təsərrüfatında da işlər yaxşı deyil, üstəlik heç əvvəldən də yaxşı olmayıb. Kəndin sakini Gülnarə Mehdixanova deyir ki, Alimpaşa Məmmədovun ailəsinə məxsus balıq təsərrüfatı tikiləndən sonra kəndi içməli su ilə təchiz edən arxın suyu balıq dadı verir. “Məcburuq, həmin suyu evdə istifadə edirik, balıq dadı vesə də içirik...”,-qadın deyir.

Sakin: "Sudan balıq iyi gəlir..."

Bu sakinin dərdi təkcə suyun balıq dadı verməsi deyil, o bildirir ki, təsərrüfat yaradılanda ona məxsus 40 sot torpaq zəbt olunub. Nəticədə dolanışığı çox çətinləşib. “Bir qəpik də vermədilər, qaldım çarəsiz...”-o deyir. G.Mehdixanovadan başqa daha bir neçə sakin eyni aqibətlə üzləşib.

Rəsmi məlumata görə, “Az Farel” MMC-də 250 nəfər işlə təmin olunub, gələcəkdə işçilərin sayını min nəfərə çatdırmaq planlaşdırılır. Lakin sakinlər deyirlər ki, əslində təsərrüfatda çox az adam işləyir, üstəlik cüzi maaşa. Və işçilərin bir çoxu işdən çıxarılıb.  Əlifə Məmmədova adlı sakin deyir: “Uşaqlarımız orada işləyirdi, çıxdılar. Çünki çox az maaş verirlər, cəmi 250 manat. Gündə 12 saat işlədirlər,  250 manat verirlər. Bu pula neyləmək olar? O suyun içində səhərdən axşama qədər işləyib xəstələnirdilər, aldıqları pul heç dərmanlarına çatmırdı. Yoldaşım da orda işləyirdi, çıxardılar. Demişdilər çağıracağıq, çağırmadılar”.

"Az Farel" MMC

Alimpaşanın biznesinə aid olan “Şəmkir Səbəti”ində isə alver gedir, ticarətçilər danışmağa elə də həvəsli deyillər. Amma sakinlər danışırlar ki, bu ticarət mərkəzi onlara məxsus pay torpaqlarının zəbt olunması hesabına yaradılıb. Rəsmi məlumatda deyilirdi ki, Alimpaşa Məmmədov Çinarlı bələdiyyəsi tərəfindən təsis edilən, mülkiyyətində 3 milyon manata yaxın əmlak olan “Çinarlı qəsəbə” MMC-nin bütün səhmlərini oğluna məxsus “Şəmkir Səbəti” MMC-yə cəmi 40 manata satıb.

Virtualaz.org

Sizin Reklam Yeriniz