Türkiyə vətndaşına qarşı quldurluq edildi
Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Türkiyə vətəndaşı Kağnıcıoğlu İshak Mehmet oğluna qarşı zor tətbiq edərək 1040 manatını almış Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.
Aparılmış araşdırma zamanı yanvarın 10-da Kağnıcıoğlu İshak Mehmet oğlunun pul, qızıl və məişət əşyalarının da V. Məmmədov tərəfindən oğurlanması müəyyən edilib.