Əlaqə Arxiv
news Image
2014.05.01
17:06
| A A A
Dəhşət: 16 yaşlı qız 8 yaşlı bibisi oğluna 17 bıçaq vurdu
Masallıda dəhşətli cinayət hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.


Rayonun Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva şəxsi münaqişə zəminində bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. H.Vəliyev təcili Masallı Mərkəzi rayon Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilən H.Vəliyev xəstəxanada həkimlərin nəzarəti altındadır.


Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib.


Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Sizin Reklam Yeriniz