Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafiq Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Ələkbərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Ələkbərov münasibətdə olduğu Aynurə Kazımovanın başını kəsərək qətlə yetirib. Daha sonra evdə olan qiymətli əşyaları götürərək qaçıb.
İstintaq zamanı məlum olub ki, A. Kazımovanın meyiti 2 azyaşlı uşağı tərəfindən aşkarlanıb.
Belə ki, səhər yuxudan ayılan uşaqlar analarının başının kəsildiyini görüblər. Uşaqların səsinə qonşular, sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, Rafiq Ələkbərov səhərə yaxın əri növbədə olan A. Kazımovanın Dərnəgül qəsəbəsində yaşadığı yataqxanaya gedib. Qadın otağın qapısını açaraq onu içəri buraxıb. R. Ələkbərov isə Aynurənin başını kəsəndən sonra evdə olan televizoru, mobil telefon və kompüteri götürərək qaçıb.
R. Ələkbərov tutularkən oğurladığı əşyalar evindən çıxıb.