Əlaqə Arxiv
news Image
2014.05.29
10:42
| A A A
Ev sahibi ilə birlikdə yanıb külə döndü

Bu gecə Bakıda yanğın hadisəsi meydana gəlib.

 

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb. 


Yanğın zamanı ev sahibi 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyev də yanaraq dünyasını dəyişib. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib. 


Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizin Reklam Yeriniz