Bakıda qadın yaşadığı evdə qətlə yetirilib
Movqe.az-ın məlumatına görə, Xəzər rayon Prokurorluğundan Trend-ə bildirblər ki, 1947-ci il təvəllüdlü Əzizə Həsənovanın - Şüvəlan qəsəbəsində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qətli törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.