Mövqe.az CNN-ə istinadən bildirir ki, Bazar günü gecə saatlarında Hindistanın Pəncab vilayətinin şimalındakı Jalanthar şəhərindəki bir yun fabrikində baş vermiş dağıntı qalıqları altında sağ qalanların olması güman olunur .
Polisin verdiyi məlumata görə fövqəladə hallar idarəsinin işçiləri indiyə qədər 60-dan çox insanın həyatını xilas edib.
Hadisə zamanı fabrikdə 90 nəfər işləyirmiş. Xilasetmə əməliyyatlarına yanğınsöndürmə dəstəsi və ordu əsgərlərindən də qoşulanlar olub. Dəqiq müəyyən olunmasa da hadisəyə buxar qazanının partlamasının səbəb olduğu deyilir.
Xatırladaq ki, 2010-cu il də Hindistanın paytaxtı Dehlidə 5 mərtəbəli binanın çökməsi nəticəsində 67 nəfər dünyasını dəyişmişdi.
Yamuna çayının təbii-coğrafi movqeyi və su sızıntılarının olması da hadisəyə səbəb kimi göstərilir.
Əfqanə Məzahirqızı