Əlaqə Arxiv
news Image
2016.01.05
12:15
| A A A
Azərbaycan paytaxtında 19 yaşlı oğlan qətlə yetirilib

Bakıda qətl törədilib. Movqe.az-ın  APA-ya istinadən  məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayonun Binəqədi qəsəbəsi "DSK" yolunun üstündə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Murad Hüseynov olması müəyyənləşib.İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Sizin Reklam Yeriniz