Toy evindən 16 min dollar oğurlandı
Göygöldə yaşayış evindən oğurluq edilib. Movqe.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, oğlunun toy günü hamı saat 22-ə kimi şadlıq evində olub. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu (təxminən 16 000 dollar) və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyaların aparıblar.İ. Bağırova Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildiriblər. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.